Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Yer kürəsinin məcburi rəqs tezliklərinin nəzəri olaraq təyininə dair məruzə dinlənilib
25.02.2020 14:55
  • A-
  • A
  • A+

Yer kürəsinin məcburi rəqs tezliklərinin nəzəri olaraq təyininə dair məruzə dinlənilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunda keçirilən ümumrespublika elmi seminarında Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərov Yer kürəsinin məcburi rəqslərinin riyazi modelini qurmaqla bu rəqs tezliklərinin nəzəri təyin edilməsinə həsr olunan məruzə ilə çıxış edib.

Seminarda AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, respublikanın bir sıra universitetlərinin professor-müəllim heyəti, AMEA-nın elmi-tədqiqat institutlarının nümayəndələri iştirak edib.

İnstitutun direktoru, akademik Akif Əlizadənin sədrliyi ilə təşkil olunan tədbir AMEA-nın “Geomexanikanın fənlərarası problemlərinin tədqiqi ilə bağlı nəzəri və təcrübi tədqiqatlar kompleksi” layihəsi çərçivəsində əldə edilən elmi nəticələrə həsr olunub.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: