Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Özbəkistanlı alimlər Hüseyn Cavidin Ev Muzeyində olublar
24.02.2020 16:43
  • A-
  • A
  • A+

Özbəkistanlı alimlər Hüseyn Cavidin Ev Muzeyində olublar

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Nodir Tonurqu, professorlar Nurbay Jabborov, Boqijon Töxliyev və Olimjon Davlatov AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində olublar.

Muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı ilə görüşdə qonaqlara müəssisənin tarixi, strukturu və fəaliyyət istiqamətləri barədə məlumat verilib. 

G.Babaxanlı Azərbaycan ədəbiyyatı və dramaturgiyasının bənzərsiz simalarından olan Hüseyn Cavidin zəngin yaradıcılığı, əsərlərinin əhəmiyyəti və ədibin Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən bəhs edib.

Qonaqlar daha sonra muzeyin ekspozisiya zalları ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: