www.science.az
24.02.2020 15:58

Akademik Abdulla Qarayevin anadan olmasının 110 illiyinə həsr olunan elmi konfrans keçiriləcək

Aprelin 10-da AMEA-da görkəmli alim və ictimai xadim, Əməkdar elm xadimi, Əməkdar həkim, akademik Abdulla Qarayevin 110 illiyinə həsr olunan “XXI əsr fiziologiyası” adlı gənc alim və mütəxəssislərin elmi konfransı keçiriləcək.

Tədbir AMEA-nın Biologiya və Tibb Elmləri BölməsiFiziologiya İnstitutu, Bakı Dövlət Universiteti və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı baş tutacaq.

Konfransda müasir fiziologiya və əlaqəli elmlərin fundamental və tətbiqi problemlərinə dair müzakirələr aparılacaq, məruzələr dinləniləcək.

Qeyd edək ki, konfransda 40 yaşınadək gənc alim və mütəxəssislər iştirak edə bilər.

Ünvan: Bakı şəhəri, Şərifzadə küç., 78

Telefon: (+994 12) 432 15 20, (+994 77) 388 80 81 

Elektron poçt: farkhadrust@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.