Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanın torpaqşünas alimlərinin məqaləsi beynəlxalq elmi jurnalda dərc edilib
24.02.2020 12:33
  • A-
  • A
  • A+

Azərbaycanın torpaqşünas alimlərinin məqaləsi beynəlxalq elmi jurnalda dərc edilib

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdirləri - akademik Məhərrəm Babayev, AMEA-nın müxbir üzvü Amin İsmayılov, müəssisənin böyük elmi işçiləri - aqrar elmlər üzrə fəlsəfə doktorları Fikrət Feyziyev və Elton Məmmədovun həmmüəllifi olduqları “Yaxın və infraqırmızı spektoskopiya vasitəsi ilə torpaqda üzvi karbonun miqdarının proqnozu (Kür-Araz ovalığı timsalında)” adlı məqalə Amerikanın “Communications in Soil Science and Plant Analysis” jurnalında dərc olunub.

Məqalə dünya torpaqşünaslığının ən aktual problemlərindən biri olan torpaqda üzvi karbonun miqdarının yaxın və infraqırmızı spektoskopiya vasitəsilə tədqiqinə həsr edilib.

Qeyd edək ki, jurnal “Analytical Abstracts”, “BioSciences Information Service of Biological Abstracts (BIOSIS)”, “CAB ABSTRACTS”, “Chemical Abstracts”, “Current Contents/Agriculture”, “Biology, and Environmental Sciences”, “Elsevier BIOBASE/Current Awareness in Biological Sciences”, “Fluid Abstracts/FLUIDEX”, “INIST-Pascal/CNRS”, “National Agriculture Library-AGRICOLA”, “Pub-SCIENCE”, “Research Alrt”, “SCOPUS” and “Web of Science” kimi beynəlxalq elmi bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: