Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Muzeydə Xocalı soyqırımına həsr olunan “Cəzasız cinayət” adlı tədbir keçirilib
24.02.2020 10:36
  • A-
  • A
  • A+

Muzeydə Xocalı soyqırımına həsr olunan “Cəzasız cinayət” adlı tədbir keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan “Cəzasız cinayət” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Dənizçilik Akademiyasının tələbələri, o cümlədən muzeyin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Mərasimdə muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi, Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin innovasiya üzrə direktor müavini Sevinc Ədilhəsənova, Qarabağ müharibəsi əlili, Xocalı hadisələrinin şahidi Hüseynağa Quliyev və digərləri çıxış edərək işğalçılıq siyasəti aparan qəsbkar ermənilərin şəhər və rayonlarımızda, o cümlədən Xocalıda törətdikləri qanlı cinayətlərdən danışıb, faciənin heç zaman qan yaddaşımızdan silinməyəcəyini vurğulayıblar.

Sonra Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin iştirakı ilə ədəbi-bədii kompozisiya göstərilib, “Cəzasız cinayət” filmi nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: