Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Astronomlar bir ilin cəmi 18 saat davam etdiyi ekzoplanet aşkar ediblər
24.02.2020 10:06
  • A-
  • A
  • A+

Astronomlar bir ilin cəmi 18 saat davam etdiyi ekzoplanet aşkar ediblər

İngiltərənin Uorvik Universitetinin astronomları ulduzun ətrafında 18 saat ərzində dövr edən ekzoplanet aşkar ediblər. Bu, oxşar xüsusiyyətlərə malik planetlər arasında bugünədək müşahidə olunmuş ən qısa orbital dövrdür.

NGTS-10b planeti Çilidə ekzoplanetlərin tədqiqat sistemi “Transit Survey” tərəfindən Yer kürəsindən təxminən 1000 işıq ili məsafədə aşkar edilib. Bu sistem tranzit metodundan istifadə etməklə Neptunun ölçülərinə qədər olan planetlərin aşkar edilməsi ilə məşğul olur.

poisknews.ru saytı xəbər verir ki, planetlərdə parlaqlığın kəskin azalması onun ulduzun çevrəsinin qarşısına keçdiyini göstərir. NGTS-10b ulduzu astronomların diqqətini bu hadisənin sürətli baş verməsi səbəbindən cəlb edib.

NGTS-10b öz Günəşinə çox yaxın olduğundan sürətli fırlanır. Onun orbiti ulduzunun diametrindən cəmi iki dəfə çoxdur. Astronomlar onun səthindəki orta temperaturu 1000 dərəcə Selsi kimi qiymətləndirirlər.

  • Paylaş: