Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Azərbaycanlı alim ABŞ-da çıxan jurnalın redaksiya heyətinə üzv seçilib
21.02.2020 17:40
  • A-
  • A
  • A+

Azərbaycanlı alim ABŞ-da çıxan jurnalın redaksiya heyətinə üzv seçilib

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun laboratoriya rəhbəri, aqrar elmləri doktoru Varis Quliyevin üzüm bitkisilə bağlı elmi əsəri ötən il ABŞ-ın “Cytology və Histology” jurnalında işıq üzü görüb.

Tədqiqat işinin nəticəsi amerikalı alimlər tərəfindən yüksək qiymətləndirilib və V.Quliyev sözügedən jurnalın Redaksiya heyətinə üzv seçilib.

Qeyd edək ki, alim 30 ildir respublikada üzüm genofondunu kompleks şəkildə tədqiq edir. O, “Azərbaycan ampeloqrafiyası” (II cild), “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” adlı fundamental monoqrafiyaların və digər kitabların müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: