Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantları attestasiyadan keçiblər
19.02.2020 12:50
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantları attestasiyadan keçiblər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorantların attestasiyası keçirilib.

Qeyd edək ki, müəssisədə molekulyar biologiya ixtisası üzrə 4, biotexnologiya ixtisası üzrə 2, biokimya ixtisası üzrə 2, riyazi biologiya, bioinformatika ixtisası üzrə isə 1 doktorant elmi tədqiqat işi aparır.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynovanın əmri ilə yaradılmış Attestasiya Komissiyası qarşısında müəssisənin 9 doktorantı 2019-cu tədris ili ərzində yerinə yetirdikləri elmi-tədqiqatlar barədə hesabat veriblər.

Daha sonra onların fərdi iş planlarında nəzərdə tutulmuş işlər müzakirə edilib.

Attestasiya Komissiyasının qərarı ilə fərdi iş planlarında nəzərdə tutulan işlər tam həcmdə yerinə yetirildiyindən doktorantların növbəti tədris ilində təhsillərini davam etdirməsi tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: