Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

BDU-nun tələbələri Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsinə başlayıblar
19.02.2020 09:39
  • A-
  • A
  • A+

BDU-nun tələbələri Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

Bakı Dövlət Universitetinin (BDU) "Kimya" ixtisası üzrə IV kursda təhsil alan bir qrup tələbəsi AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsinə başlayıb.

Universitetin tələbələri ayrı-ayrı qrup şəklində üç aylıq təcrübə müddətində institutun laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olacaq, bəzi təcrübələri yaxından izləyəcəklər. Tələbələr, eyni zamanda zərif üzvi sintez və aşqarlar kimyası sahəsində institut əməkdaşları tərəfindən prioritet istiqamətlər üzrə yerinə yetirilən və əldə olunan elmi tədqiqatın mühüm nəticələri ilə bağlı seminar məruzələrini dinləyəcəklər.

BDU-nun 27 tələbəsindən ibarət birinci qrup martın 13-dək institutun laboratoriyalarında istehsalat təcrübəsi keçəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: