www.science.az
18.02.2020 11:21

"Ətraf mühiti və təbiəti sevək" mövzusunda müsabiqə elan olunur

AMEA-nın Dendrologiya İnstitutu, Xəzər Rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon təşkilatı və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Ətraf mühiti və təbiəti sevək" mövzusunda elmi seminar, rəsm, fotoşəkil və əl işlərindən ibarət müsabiqə elan olunur.

Azərbaycan Milli Elmlər Akademiyasının 75 illik yubileyi ilə əlaqədar elan edilən müsabiqənin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi sahəsində insanların bilik və bacarıqlarını artırmaq, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsinə nail olmaqdır.

Müsabiqədə iştirak etmək istəyənlər ad və soyadını, təvəllüdünü, əlaqə nömrəsini, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə aprelin 10-dək əl işlərini dendro.amea75@gmail.com və ya arazli.tunzale@mail.ru ünvanlarından birinə göndərməlidirlər.

Müsabiqədə bütün könüllü yeniyetmələr ən çox 3 əsər təqdim etməklə iştirak edə bilər. Seçim zamanı uşaqların əl işlərində kənar müdaxilənin olmaması, həmçinin kompozisiyanın motivi, rəng seçimi və idea əsas götürüləcək. Təqdim olunan foto və əl işlərinin üzərində heç bir müəllif imzası və ya loqo yerləşdirilməməlidir.

İlk üç yerin qalibləri fəxri diplomla bərabər aşağıdakı məbləğdə mükafatlandırılacaqlar:

- I yer – 300 manat;

- II yer – 200 manat;

- III yer – 100 manat.

Müsabiqənin yekun sərgisi 16-17 aprel tarixlərində Dendrologiya İnstitutunda keçiriləcək.

Ünvan: Bakı ş., Xəzər r., Mərdəkan qəsəbəsi, S.Yesenin küç. 89.

Tel.: (+994 12) 454 10 50, (+994 77) 300 31 73.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.