Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Şərqşünas alim “Lozanna və Türkiyə Respublikası-90” Beynəlxalq simpoziumuna dəvət almışdır
12.11.2013 00:00
  • A-
  • A
  • A+

Şərqşünas alim “Lozanna və Türkiyə Respublikası-90” Beynəlxalq simpoziumuna dəvət almışdır

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Türkiyə tarixi və iqtisadiyyatı” şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Qasımov noyabrın 13-dən 15-dək Türkiyənin Ankara şəhərində keçirilməsi nəzərdə tutulan “Lozanna və Türkiyə Respublikası-90” mövzusunda Beynəlxalq elmi simpoziuma dəvət almışdır.

 

Atatürk Araşdırma Mərkəzi və Hacəttəpə Universitetinin Atatürk Prinsipləri və İnqilab Tarixi İnstitutu tərəfindən təşkil edilən Beynəlxalq elmi simpoziumda şərqşünas alim “Lozanna müqaviləsinin imzalanmasından sonra sovet-türk münasibətləri və onun Azərbaycandakı elmi araşdırmalara təsiri” mövzusunda məruzə ilə çıxış edəcək.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: