Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Həyat elmləri və biotibb" jurnalının yeni sayı işıq üzü görüb
14.02.2020 10:54
  • A-
  • A
  • A+

"Həyat elmləri və biotibb" jurnalının yeni sayı işıq üzü görüb

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin "Həyat elmləri və biotibb" jurnalının 2019-cu ilə olan ikinci nömrəsi çapdan çıxıb.

Nəşrin bu sayında Azərbaycan Tibb Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov və A.Sәfiyevanın "Yoğun bağırsağın xoş xassәli törәmәlәrinin müalicәsinә müasir yanaşma prinsiplәri", Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov və Z.Mәmmәdovanın "Azәrbaycanın Xәzәr sahili bitkiliyindә rast gәlinәn paxlalı bitkilәr vә onların tәsәrrüfat әhәmiyyәti", Genetik Ehtiyatlar İnstitutunun direktor müavini, b.ü.f.d. Mehrac Abbasovun "AmpliSeq texnologiyası әsasında buğda bitkisi üçün genotiplәşdirmә panelinin yaradılması" və digər məqalələr yer alıb.

Həmçinin "Atom yerdәyişmә parametrlәrindәn istifadә etmәklә zülalların verilәnlәr bazasında olan quruluşlarının yoxlanılması", "Azәrbaycan florasında Tanacetum L. (Asteraceae) cinsi haqqında", "Gәncә-Qazax bölgәsinin üzümlüklәrinin yırtıcı gәnәlәri (Acarı)" başlıqlı məqalələr də jurnalda əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: