Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

AMEA Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib
12.02.2020 11:29
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin apardığı genişmiqyaslı struktur islahatları çərçivəsində AMEA Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib.

Bu məqsədlə akademik Ramiz Mehdiyev Rəyasət Heyəti aparatının yeni təsdiq edilmiş struktur rəhbərlərini qəbul edib.

AMEA-nın prezidenti ölkə rəhbərliyi tərəfindən elm sahəsində aparılan islahatları yüksək dəyərləndirib, bu istiqamətdə Akademiya qarşısında qoyulan vəzifələrdən danışıb. Alim son aylarda Rəyasət Heyətində aparılan struktur islahatlarının nəticələrini diqqətə çatdıraraq qeyd edib ki, AMEA alimləri ölkədə aparılan yeni quruculuq işlərinə səmərəli fəaliyyəti və elmi tədqiqatları ilə öz əməli töhfələrini verməlidirlər.

Akademik Ramiz Mehdiyevin sözlərinə görə, AMEA-da aparılan elmi tədqiqatlar müasir tələblərə cavab verməli, innovativ layihələrin icrasına xüsusi diqqət yetirilməlidir. Akademiyada həyata keçirilən struktur islahatlarının bundan sonra da uğurla davam etdiriləcəyini deyən alim Rəyasət Heyəti aparatının idarə və şöbələri qarşısında duran mühüm vəzifələrdən bəhs edib. AMEA-nın prezidenti yeni struktur rəhbərlərini təbrik edərək, aparat əməkdaşlarına uğurlar arzulayıb, onlara müvafiq tapşırıqlar verib.

Sonra AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov çıxış edərək idarə və şöbələrin yeni mərhələnin çağırışlarına uyğun fəaliyyət göstərəcəklərinə əminliyini ifadə edib. O, struktur vahidlərinin işinin daha da təkmilləşdirilməsi və verilən tapşırıqların vaxtında icrası ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçiriləcəyini nəzərə çatdırıb.

Yeni təsdiq edilmiş idarə və şöbə rəhbərləri adından çıxış edən Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov yüksək etimada görə AMEA-nın prezidentinə minnətdarlığını bildirib. Akademiya əməkdaşlarının, alim və mütəxəssislərin növbəti inkişaf mərhələsində daha səylə fəaliyyət göstərəcəklərini, verilən tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirəcəklərini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: