Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Riyaziyyatçı alimin elmi məqaləsi yüksək impakt faktorlu jurnalda nəşr olunub
11.02.2020 17:21
  • A-
  • A
  • A+

Riyaziyyatçı alimin elmi məqaləsi yüksək impakt faktorlu jurnalda nəşr olunub

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Optimal idarəetmə şöbəsinin kiçik elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Nicat Əliyevin “Genişmiqyaslı dissipativ hamiltoniya sistemləri üçün sabitlik radiuslarının təqribi hesablanması” adlı məqaləsi “Springer” nəşriyyatının nüfuzlu “Advances in Computational Mathematics” elmi jurnalında çap olunub.

Məqalədə yüksək tərtibli hamiltoniya sistemləri üçün bəzi stabillik radiuslarını yüksək sürətlə hesablayan alqoritm təqdim edilib. Həmçinin alqoritmin super-xətti sürətlə məsələnin həllinə yaxınlaşdığı isbat olunub.

Qeyd edək ki, “Advances in Computational Mathematics” jurnalı “Web of Science” və “Scopus” bazalarında indeksləşir və impakt faktoru 1.638-dir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: