Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Erkən kainatda nəhəng qalaktika aşkar edilib
11.02.2020 09:46
  • A-
  • A
  • A+

Erkən kainatda nəhəng qalaktika aşkar edilib

Astronomlar Havay adalarında yerləşən Keka Rəsədxanasındakı infra-qırmızı spektroqrafın köməyi ilə qədim XMM-2599 qalaktikasını aşkar ediblər. “Astrophysical Journal”da çap olunmuş məqalədə bildirilir ki, bu nəhəng qalaktika 12 milyard il əvvəl ortaya çıxıb.

poisknews.ru saytının məlumatına görə, alimlər bu sistemdəki ulduzların ümumi həcmini 300 milyard günəş kütləsinə bərabər sayda qiymətləndirirlər. Lakin XMM-2599 yarandıqdan bir neçə milyon il sonra məlum olmayan səbəblərdən yeni ulduzlar əmələ gətirməyi dayandırıb. Həmin dövrdə az sayda qalaktikalar ulduz yaratma prosesini dayandırsa da, XMM-2599 onlar arasında ən nəhəngidir.

Qalaktikanın “ölüm” səbəbini astronomlar hələlik müəyyənləşdirə bilməyiblər. Lakin onlar qalaktikanın mərkəzində qara dəliyin yarandığını güman edirlər. Alimlərin sözlərinə görə, bu kəşf erkən kainatın kosmoloji modellərinin yenidən nəzərdən keçirilməsinə gətirib çıxaracaq.

  • Paylaş: