www.science.az
07.02.2020 15:52

Elm Tarixi İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA-nın Elm Tarixi İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Vakant yerlər müəssisənin Elmşünaslıq və elmin sosial problemləri şöbəsinə müdir və elmi işçi, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinə müdir, kiçik elmi işçi və elmi işçi, Elm tarixinin nəzəri-metodoloji problemləri şöbəsinə aparıcı elmi işçi və Təbiət və dəqiq elmlər tarixi şöbəsinə elmi işçi vəzifələrinə bir yerdir.

Müsabiqədə uyğun ixtisaslar üzrə elmi tədqiqatlar aparan, müvafiq elm sahələri üzrə elmi dərəcəsi olan təcrübəli mütəxəssislər iştirak edə bilərlər.

Email: elmtarixi@gmail.com

Tel.: (+994 12) 539 51 34

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.