www.science.az
07.02.2020 14:22

Əlyazmalar İnstitutunda “Web of Science” bazasına dair seminar keçiriləcək

12 fevral 2020-ci il tarixində saat 10:30-da AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Clarivate Analytics” (Thomson Reuters) agentliyinin “Web of Science” elmimetrik bazasından istifadəyə dair maarifləndirici seminar keçiriləcək.

Tədbirdə müəssisənin əməkdaşlarına bazadan istifadə qaydaları, axtarış imkanları və müxtəlif elmi göstəricilərə əlçatanlıq məsələləri, eləcə də impakt faktorlu jurnallarda məqalələrin dərci barədə məlumatlar veriləcək.

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küç., 26

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.