Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

ABŞ alimləri insan beyninin yaşlanmasını yavaşlatmağın üsulunu tapıblar
07.02.2020 09:58
  • A-
  • A
  • A+

ABŞ alimləri insan beyninin yaşlanmasını yavaşlatmağın üsulunu tapıblar

Nyu-Yorkun Olbani Tibb Kollecinin tədqiqatçıları immun hüceyrələrinin müəyyən növünün yaş artdıqca beyində toplandığını aşkar ediblər. Onlar siçanlar üzərində sınaqlar apararaq uğurlu nəticələr əldə ediblər.

poisknews.ru saytının məlumatına görə, yaş artdıqca damar toxuması adlandırılan və serebrospinal maye istehsal edən strukturda limfoid hüceyrələri toplanır. Yaşlı siçanların beynində bu kimi limfoid hüceyrələrə beş dəfə daha çox rast gəlinir.

Tədqiqatlar göstərib ki, həmin mənzərə yaşlı insanların beynində də müşahidə olunur. İşlək vəziyyətdə olmayan bu hüceyrələrə alimlər interleykin-33 siqnal molekulu yeritdikdə neyronların formalaşmasını və yaşamasını stimullaşdıran zülalların artımı və sintezi yenidən fəaliyyətə başlayıb. Bununla onlar daha yaxşı düşünməyə, yadda saxlamağa və sürətli öyrənməyə başlayıblar.

Qeyd edək ki, tədqiqatın nəticələri yaşla bağlı koqnitiv funksiyaların azalması ilə mübarizə metodları hazırlamağa və yaşlanma ilə əlaqəli olan neyrodegenerativ xəstəliklərə qalib gəlməyə kömək edəcək.

  • Paylaş: