Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri (XX əsrədək)” adlı monoqrafiya çap olunub
06.02.2020 12:43
  • A-
  • A
  • A+

“Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri (XX əsrədək)” adlı monoqrafiya çap olunub

Akademiyanın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aliyə Əbülfəz qızının müəllifi olduqları “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri (XX əsrədək)” adlı monoqrafiya işıq üzü görüb.

Kitabda Azərbaycan dilçiliyinin və ədəbiyyatşünaslığının inkişafında müstəsna xidmətləri olan görkəmli alim, Əməkdar elm xadimi, professor Yusif Seyidovun elmi-nəzəri irsi ilk dəfə sistemli şəkildə araşdırılıb. Nəşrdə, həmçinin Yusif Seyidovun Azərbaycan dilçiliyinin nəzəri sahələri ilə yanaşı, yazıçı və dil problemlərinə dair tədqiqatları da əksini tapıb.

Akademik Möhsün Nağısoylunun elmi redaktorluğu ilə nəşr olunan monoqrafiya giriş, üç fəsil, nəticə və 250-yə yaxın əsəri əhatə edən ədəbiyyat siyahısından ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: