Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Almaniyanın Kassel Universiteti və Qaterslaben genbankının əməkdaşı AMEA Genetik Ehtiyatlar İnstitutunda olub
30.09.2014 00:00
  • A-
  • A
  • A+

Almaniyanın Kassel Universiteti və Qaterslaben genbankının əməkdaşı AMEA Genetik Ehtiyatlar İnstitutunda olub

AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Almaniyanın Kassel Universiteti və Qaterslaben genbankının əməkdaşı, dünya şöhrətli professor Karl Hammeri qəbul edib.

“Springer” nəşriyyatına daxil olan və genetik ehtiyatlar sahəsində ən tanınmış jurnal “Genetik ehtiyatlar və bitki təkamülü”nün baş redaktoru K.Hammer institutun seminarında aqrobiomüxtəlifliyin qorunması, saxlanılması və genetik identifikasiyası mövzusunda məruzəsini təqdim edib. O, öz çıxışında Almaniya və Türkiyədə bu istiqamətdə fəaliyyət göstərmiş məşhur azərbaycanlı professor Mirzə Gökgöl haqqında məlumat verib, onun dünya elminə verdiyi töhfələrdən danışıb. Sonra M.Gökgölün müəllifi olduğu “Buğdanın növ müxtəlifliklərinin siyahısı” və digər əsərləri nümayiş etdirib, alimlərin suallarını cavablandırıb.

Seminarda M.Gökgöl haqqında kitabın nəşri və onun müəllifi olduğu əsərlərin Azərbaycan dilinə tərcüməsi məsələsi müzakirə edilib.

Daha sonra K.Hammer institutun Milli Genbank və digər şöbələri ilə yaxından tanış olub. O, gələcəkdə genetik ehtiyatların toplanılması istiqamətində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Görüş çərçivəsində professor institut alimlərinin “Genetik Ehtiyatlar və Bitki təkamülü” jurnalındakı məqalələri ilə də tanış olub, təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: