Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

03.02.2020 17:01
  • A-
  • A
  • A+

AMEA-nın əməkdaşının “Sehrli planşet” nağılı əsasında animasiya filmi çəkiləcək

AMEA-nın əməkdaşının “Sehrli planşet” nağılı əsasında animasiya filmi çəkiləcək

AR Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Bədii və animasiya filmi ssenariləri” mövzusunda müsabiqə keçirilib.

Prezident İlham Əliyevin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar baş tutan müsabiqənin əsas məqsədi dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək vermək, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək olub.

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəis müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyevin “Sehrli planşet” nağılı əsasında hazırladığı eyni adlı ssenari animasiya kateqoriyası üzrə müsabiqənin qalibləri sırasında yer alıb. Sözügedən ssenariyə dövlət sifarişi əsasında animasiya filminin çəkilməsi nəzərdə tutulub.

Qeyd edək ki, V.Haqverdiyev dəfələrlə respublikada keçirilmiş müxtəlif nağıl, eləcə də analitik yazı müsabiqələrinin qalibi olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: