Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

31.01.2020 11:21
  • A-
  • A
  • A+

AMEA əməkdaşlarının tibbi müayinəsi həyata keçirilir

AMEA əməkdaşlarının tibbi müayinəsi həyata keçirilir

Yanvarın 31-də AMEA-nın Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə "Medera Hospital" tərəfindən akademiya əməkdaşlarının ödənişsiz tibbi müayinəsinə başlanılıb.

AMEA-nın Əsas binasında baş tutan və gün ərzində davam edəcək aksiya çərçivəsində xəstəxananın təcrübəli kardioloq, nevroloq, nevropatoloq və terapevt həkim heyəti tərəfindən başda əmək veteranları olmaqla, əməkdaşlar mədə-bağırsaq, qida borusu, sinir, eləcə də ürək-damar sistemi xəstəlikləri və baş-boyunla əlaqədar üzvlərin tibbi müayinəsindən keçirlər. Eyni zamanda, AMEA əməkdaşlarına aşkarlanan xəstəliklərin müalicə üsulları izah olunur, müvafiq tövsiyələr verilir.

Qeyd edək ki, bu cür aksiyaların il ərzində mütəmadi keçirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: