Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.01.2020 09:21
  • A-
  • A
  • A+

Azərbaycan-Fransız Universitetində “İdeyalar gecəsi” çərçivəsində tədbir keçirilib

Azərbaycan-Fransız Universitetində “İdeyalar gecəsi” çərçivəsində tədbir keçirilib

Yanvarın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Planet canlı varlıqdırmı?” mövzusunda tədbir keçirilib.

Tədbir Fransanın ölkəmizdəki səfirliyi, Fransız İnstitutu, AMEA və UFAZ tərəfindən təşkil olunub.

Mərasimdə Fransa səfirliyinin birinci müşaviri Dominik Jantiy, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Azərbaycan-Fransız Universitetinin direktoru Vazeh Əsgərov mövzu ilə bağlı fikirlərini bildiriblər.

Daha sonra Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun “Xəzər dənizi - planetimizin unikal və relikt coğrafi obyekti” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə yerli və xarici tədqiqatçılar tərəfindən “Canlı planetdə baş verən iqlim dəyişikliyini anlamaq üçün müasir kosmik metodlar”, “Təsəvvüfdə kainat nizamının ezoterik təsviri” və digər mövzularda interaktiv müzakirələr aparılıb.

Qeyd edək ki, tədbir “İdeyalar gecəsi” çərçivəsində keçirilib. “İdeyalar gecəsi” hər il sərbəst şəkildə aktual məsələləri müzakirə etmək, dövrümüzün əsas problemləri üzərində fikir mübadiləsi aparmaq məqsədi daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: