Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

30.01.2020 10:21
  • A-
  • A
  • A+

Yunanıstanda çapdan çıxmış məqalələr toplusunun təqdimatı olub

Yunanıstanda çapdan çıxmış məqalələr toplusunun təqdimatı olub

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda (AEİ) Yunanıstanda işıq üzü görmüş "Təsisatların yaranması və xarici təsir altında tədqiqatlar. Avropa və Qara dəniz regionu XIX əsrin əvvəli - XX əsrin əvvəli" adlı məqalələr toplusunun təqdimatı keçirilib.

Tədbirdə nəşrin redaktoru, Yunanıstanın Saloniki şəhərində yerləşən Aristotel Universitetinin professoru Yakovos Mixailidis də iştirak edib.

Təqdimat mərasimini AEİ-nin şöbə müdiri, "Horizon 2020" proqramının Azərbaycan üzrə milli koordinatoru, t.ü.f.d. Zaur Həsənov açaraq kitab barədə iştirakçılara məlumat verib. Bildirib ki, topluda 2018-ci ildə Salonikidə "Horizon 2020" proqramının maliyyə dəstəyilə keçirilən "Təsisatların yaranması və xarici təsir altında tədqiqatlar. Avropa və Qara dəniz regionu XIX əsrin əvvəli - XX əsrin əvvəli" adlı II beynəxalq konfransın materialları əksini tapıb. O, topluda azərbaycanlı alimlərin ingilis dilində məqalələrinin də yer aldığını diqqətə çatdırıb. Bundan əlavə, Yunanıstanın və ümumilikdə Avropa Birliyinin mötəbər elm ocağlarından biri olan Beynəlxalq Ellin Universiteti ilə AMEA arasında son dövrlərdə humanitar və ictimai sahələr üzrə elmi əməkdaşlığın davam etdirildiyi bildirilb.

Professor Y.Mixailidis isə öz növbəsində Avropa Komissiyasının "Horizon 2020" Maria Skladovskaya Küri proqramı çərçivəsində gerçəkləşdirilən layihələrin Azərbaycan və Avropa Birliyi ölkələri arasında elmi mübadilə və qarşılıqlı əməkdaşlıq üçün zəmin yaratdığını deyib. O, daha sonra tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.      

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: