www.science.az
29.01.2020 16:29

Radiasiya Problemləri İnstitutunda ukraynalı alimin məruzəsi dinlənilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) “Ukrayna-Azərbaycan Beynəlxalq Elm-Təhsil Mərkəzinin” Ukrayna tərəfdən rəhbəri, doktor Taras Kavetski ilə görüş keçirilib.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədovla görüşdə ukraynalı qonağa elmi müəssisənin fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Görüşdə birgə qrant layihələrinin və nüfuzlu beynəlxalq jurnallarda elmi nəşrlərin hazırlanması istiqamətində “Ukrayna-Azərbaycan Beynəlxalq Elm-Təhsil Mərkəzi” ilə RPİ arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.

Daha sonra doktor Taras Kavetski institutun elmi seminarında "Polimerlərdə və mürəkkəb birləşmələrdə ion – induksiyaedici proseslər" mövzusunda məruzə ilə çıxış edib. O, az enerjili ionlarla şüalanan polimerlərdə qüsur meydana gəlməsi mexanizmlərinin vacib xüsusiyyətlərinin müəyyənləşdirilməsi problemlərindən bəhs edib. Alim, həmçinin bu prosesləri öyrənmək üçün pozitron anihilyasiya spektroskopiyası metodlarından istifadənin yollarını göstərib.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, professorlar Rövşən Xəlilov və Rauf Sərdarlının iştirakı ilə geniş fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.