Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Hüquqi müstəvi” jurnalı nəşrə başlayıb
29.01.2020 15:53
  • A-
  • A
  • A+

“Hüquqi müstəvi” jurnalı nəşrə başlayıb

“Hüquqi müstəvi” elmi-nəzəri, təcrübi jurnalının ilk nömrəsi çapdan çıxıb.

Jurnal Prezident İlham Əliyevin demokratik dövlətin mühüm təsisat kimi başlıca vəzifəsi haqqında dəyərli fikirləri ilə açılır.

Nəşrdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran lider”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun “Heydər Əliyev idarəçilik məktəbi Azərbaycanın davamlı inkişafının təməli və qarantıdır”, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Dahi siyasətçi, görkəmli dövlət xadimi, ümummilli lider”, AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun “İlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı prezident”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Xalqın inam və etimadına arxalanan lider” və digər məqalələr yer alıb. 

Jurnalın ilk nömrəsində dərc olunan materiallarda ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdikləri uzaqgörən siyasətin uğurlu nəticələri, eləcə də Azərbaycanın bugünkü inkişafını şərtləndirən amillər elmi-fəlsəfi kontekstdə araşdırılır. Qeyd olunur ki, Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi dövr Azərbaycanın dinamik inkişafı, müasirləşməsi, ölkə həyatının bütün sahələrində əsaslı islahatlarla səciyyəvidir. Dünyada və regionda gedən proseslərdən asılı olmayaraq Azərbaycan müstəqil siyasət yürüdür, öz inkişaf modeli və brendləri ilə diqqəti cəlb edir.

Nəşrdə, həmçinin hüquq sahəsi ilə bağlı bir sıra rəsmi sənədlər yerləşdirilib.  

“Elm xadimləri” rubrikasında isə oxucular akademik Həsən Əliyev, iqtisadçı-alim Mədət Allahverdiyev haqqında maraqlı yazılarla tanış ola bilərlər.

Nəşrin təsisçisi və baş redaktoru hüquq elmləri doktoru Etibar Əliyevdir. Jurnalın redaksiya şurasının sədri Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevdir. Şuraya Azərbaycan, Türkiyə, Rusiya və Ukraynanın ali təhsil müəssisələrinin nüfuzlu alimləri daxildir. 

AzərTAC

  • Paylaş: