AMEA-nın Coğrafiya İnstitutunda Azərbaycanın Xəzərsahili və bitişik düzənlik ərazilərinin torpaq-bitki örtüyünün təbii və antropogen deqradasiyası və ona qarşı mübarizə tədbirləri işlənilir.
İlkin olaraq Samur-Abşeron arası düzən torpaqlarının müxtəlif ekosistemlərdə təbii və antropogen deqradasiyası və torpaqlardan səmərəli istifadə yolları araşdırılıb. Çöl tədqiqatında iki istiqamətdə - təbii və antropogen amillər üzrə ayrı-ayrı ekosistemlərdə qiymətləndirmə meyarları müəyyənləşdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.