Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Gənc geoloq alimlərin məqaləsi nüfuzlu jurnalda nəşr edilib
27.01.2020 16:34
  • A-
  • A
  • A+

Gənc geoloq alimlərin məqaləsi nüfuzlu jurnalda nəşr edilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov, həmin institutda magistr dissertasiya işini yerinə yetirən Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin magistrantı Aygün Bayramova və Fransa-Azərbaycan Universitetinin əməkdaşı, Yer elmləri üzrə fəlsəfə doktoru Elşən Abdullayevin məqaləsi neft geokimyası sahəsində dünyanın ən reytinqli jurnalı hesab olunan “Chemical Geology”də nəşr edilib. Beşillik impakt faktoru 4.169-a bərabər olan jurnal Q1 kateqoriyalıdır.

"Palçıq vulkanlarında maye-qaya qarşılıqlı təsir mexanizmi haqqında yeni fikirlər: Bahar və Zənbil (Azərbaycan) bölgələrində maye və palçığın əmələgəlmə nəticələri" adlı məqalə respublikanın quru və dəniz sahəsində yerləşən Bahar və Zənbil adalarının timsalında vulkanlar tərəfindən xaric edilən flüidlərin və palçığın mənbəyi, genezisi, o cümlədən flüid-suxurun qarşılıqlı əlaqəsinə dair alınan yeni elmi nəticələrin müzakirəsinə həsr olunur.

Qeyd edək ki, tədqiqatlar Avstriyanın Graz Texnologiya Universitetinin alimləri ilə birgə aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: