Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK-ə orijinaldan Azərbaycan dilinə tərcümə olunan “Tövrat” hədiyyə edilib
23.01.2020 17:02
  • A-
  • A
  • A+

MEK-ə orijinaldan Azərbaycan dilinə tərcümə olunan “Tövrat” hədiyyə edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov tərəfindən ilk dəfə orijinaldan Azərbaycan dilinə tərcümə olunan “Tövrat” hədiyyə edilib.

Nəşrə “Ön söz”ü Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin müəllimi, professor Nəsrulla Məmmədov və mərhum akademik Vasim Məmmədəliyev yazıblar. Kitabın məsləhətçisi Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının ravini Avraam Yakubov, rəyçisi BDU-nun Şərqşünaslıq fakültəsinin müəllimi, dosent Gülnarə Abdullayeva, redaktoru isə professor Nəsrulla Məmmədovdur.

Tərcüməsinə 2014-cü ildə başlanılan və 2019-cu ildə tamamlanan “Tövrat” hazırda MEK-in Nadir kitab fondunda saxlanılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: