Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

YAP AMEA Rəyasət Heyəti ilk ərazi təşkilatının iclası keçirilib
23.01.2020 11:32
  • A-
  • A
  • A+

YAP AMEA Rəyasət Heyəti ilk ərazi təşkilatının iclası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) AMEA Rəyasət Heyəti ilk ərazi təşkilatının iclası keçirilib. Tədbirdə təşkilati məsələlərə baxılıb.

İclasda Elm və təhsil baş idarəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov YAP AMEA Rəyasət Heyəti ilk ərazi təşkilatının sədri, Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev sədr müavini, Humanitar Elmlər Bölməsinin baş mütəxəssisi Əsmər Əliyeva katibi seçiliblər.

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin baş mütəxəssisi, fizika üzrə fəlsəfə doktoru, dosent Xuraman Əhmədova, Elm və təhsil baş idarəsinin baş mütəxəssisi, riyaziyyat üzrə fəlsəfə doktoru Leyla Qədimova, İşlər idarəsinin İcraçı qrupunun baş mütəxəssisi Kamran Mustafayev və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin baş mütəxəssisi Samirə Quliyeva isə YAP AMEA Rəyasət Heyəti ilk ərazi təşkilatının üzvü təsdiq olunublar.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli və AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: