Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər artritin müalicəsinin yolunu tapıblar
23.01.2020 10:46
  • A-
  • A
  • A+

Alimlər artritin müalicəsinin yolunu tapıblar

İsveçdən olan tədqiqatçılar artritin inkişafına cavabdeh olan immun hüceyrələrinin fəallığını azaldan iki zülal aşkar ediblər. Bu kəşf yeni növ dərmanlar üçün əsas ola bilər.

Bu barədə hightech.plus saytı xəbər verir.

Belə ki, Karolina Universitetinin tədqiqatçıları diqqəti iltihab zamanı mühüm rol oynayan IL-4 və IL-13 zülalları üzərində cəmləşdiriblər. Onlar eksperimentlərin gedişində IL-4 və IL-13 zülallarının artrit zamanı zədələnən əzələlərdə toplanan çoxlu immun neytrofil-hüceyrələrin davranışını necə nizamlamasını müşahidə ediblər. Məlum olub ki, zülallar neytrofillərin əzələlərə miqrasiyasını dayandırmağı bacarır və bununla da onların iltihabını azaldır.

Alimlər bu kəşf ilə revmatoid artritinin müalicəsi üçün yeni növ dərmanların hazırlanacağını ümid edirlər. 

Avstraliyadan olan tədqiqatçılar revmatoidli artritlə immun sisteminin “yenidənyüklənmə”si hesabına mübarizə aparmağı təklif edirlər. Bundan ötrü orqanizmə müəyyən antigen dəstlərinin olduğu lipid kürəciklər yeritmək lazımdır. Müəlliflərin fikrincə, bu, immun hüceyrələrinin təlimi prosesini dəyişdirməyə imkan verəcək.

  • Paylaş: