www.science.az
12.11.2013 00:00

AMEA Elmi İnnovasiyalar Mərkəzində Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi

AMEA Elmi İnnovasiyalar Mərkəzində Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi.

Tədbirdə EİM-in Elmi şurasının üzvləri və gənc əməkdaşları iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Elmi İnnovasiyalar Mərkəzinin direktoru, iqtisad elmləri doktoru, professor Fərman Qasımov müəssisənin son dövrlərdəki fəaliyyəti haqqında ətraflı məlumat verdi. F.Qasımov Mərkəzdə çalışan gənclərin fəaliyyətini yüksək qiymətləndirdi və respublikada gənclərə yüksək diqqət və qayğının göstərildiyini xüsusi vurğuladı. O, Mərkəz tərəfindən gənclərin daha geniş miqyasda elmi və elmi-təşkilatı fəaliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlər görüldüyünü, mərkəzdə fəaliyyət göstərən əməkdaşların orta yaş həddinin 40 olduğunu qeyd etdi.

Sonra iclasın gündəliyinə müvafiq olaraq Mərkəzin yeni yaradılacaq Gənc alim və mütəxəssislər şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçildi.

Tərkibi 9 nəfərdən ibarət olmaqla Gənc alim və mütəxəssislər şurasının sədri Xanım Rzayeva, katibi Fuad Rəhmanov seçildi. AMEA Gənc alim və mütəxəssislər şurasına Mərkəzdən 3 namizəd irəli sürüldü.

Sonda EİM-in direktoru Gənc alim və mütəxəssislər şurasının yaradılması münasibətilə iştirakçıları təbrik etdi və gələcək işlərində müvəffəqiyyət arzuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.