Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ümumtəhsil məktəblərində riyaziyyatın tədrisi metodikasından mühazirələr” adlı dərs vəsaiti çapdan çıxıb
22.01.2020 11:56
  • A-
  • A
  • A+

“Ümumtəhsil məktəblərində riyaziyyatın tədrisi metodikasından mühazirələr” adlı dərs vəsaiti çapdan çıxıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi, professor Firədun İbrahimovun “Ümumtəhsil məktəblərində riyaziyyatın tədrisi metodikasından mühazirələr” adlı dərs vəsaiti nəşr olunub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaradılmasının 100 illik yubileyinə həsr olunan nəşrin elmi redaktoru professor Azadxan Adıgözəlov, rəyçiləri professor Şahin Tağıyev, riyaziyyat üzrə elmlər doktoru Rafiq Rəsulov, riyaziyyat üzrə fəlsəfə doktorları Əkrəm Aslanov və Vüqar Abdurrahmanovdur.

Vəsaitdə riyaziyyat anlayışları və onların formalaşması prosesinin izahı verilir, “hökm”, “aksiom”, “teorem” anlayışları şərh olunur. Sual, məsələ və digər növ tapşırıqların riyaziyyatın tədrisində mühüm vasitə olduğu əsaslandırılır, eləcə də təlimin metodları, nomenklaturası və təsnifatına elmi şərhlər verilir, real pedaqoji prosesə daxil edilməsi yolları işıqlandırılır. Dərslikdə, həmçinin fəal (interaktiv) təlimin təşkilat formasının mərhələləri, xüsusiyyətləri göstərilir, qiymətləndirilmə mexanizmləri, üsul və vasitələrindən ətraflı bəhs olunur.

Nəşrdə 10-11-ci siniflərin nümunəsində riyaziyyatın tədrisində məzmun standartlarının reallaşdırılması texnologiyasının izahı verilir.

Dərs vəsaiti ümumtəhsil məktəblərində işləyən müəllimlər, pedaqoji təmayüllü ali məktəblərdə “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr, magistrant və doktorantlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: