Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.01.2020 10:40
  • A-
  • A
  • A+

AMEA-nın magistrantlarının qış imtahan sessiyası davam edir

AMEA-nın magistrantlarının qış imtahan sessiyası davam edir

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun “Aqrokimya” ixtisası üzrə təhsil alan magistrantı qış imtahan sessiyası çərçivəsində “Aqrokimyanın müasir problemləri” fənnindən imtahan verib.

İmtahan prosesində institutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Rəyasət Heyəti aparatının Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev və müəssisənin Təhsil şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Fərrux Xəlilov iştirak ediblər.

Mikrobiologiya İnstitutunda baş tutan imtahanda isə müəssisənin "Mikrobiologiya" ixtisası üzrə I kurs magistrantı "Təbii mənbələrdən mikroorqanizmlərin ayrılması,becərilməsi və saxlanması" fənnindən imtahan verib.

İmtahanlar uğurla başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: