Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər toxunuşlara reaksiya verən süni dəri hazırlayıblar
10.01.2020 12:21
  • A-
  • A
  • A+

Alimlər toxunuşlara reaksiya verən süni dəri hazırlayıblar

Kanadanın Toronto Universitetinin alimləri hidrogeldən toxunuşlara, istiliyə və başqa manipulyasiyalara reaksiya verən süni dəri hazırlayıblar. Material daşınan elektronika, yumşaq robot və başqa qurğuların hazırlanmasında tətbiq edilə bilər. 

hightech.fm saytı xəbər verir ki, süni dərinin istehsalı ucuzdur, tamamilə biouyğundur və asanlıqla dartılır. Sonuncu xüsusiyyət onu əsl dəriyə bərkitməyə imkan verəcək.

Qeyd edək ki, bundan əvvəl Münhen Texniki Universitetinin mühəndisləri toxunuşlara reaksiya verən sintetik dəri yaratmışdılar. Onlar həmin materialın köməyi ilə bütün “bədəni” süni dəri ilə örtülmüş ilk humanoid robot hazırlamışdılar.

  • Paylaş: