Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

RSXM-in əməkdaşları Badamdarda sürüşmə ərazisinə baxış keçiriblər
09.01.2020 14:03
  • A-
  • A
  • A+

RSXM-in əməkdaşları Badamdarda sürüşmə ərazisinə baxış keçiriblər

Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin rəhbərliyi ilə bu qurumun əməkdaşları yanvarın 9-da paytaxtın Səbail rayonu ərazisində Badamdar yolunda baş verən sürüşmə ərazisinə baxış keçiriblər.

Baxış zamanı sürüşmə nəticəsində ərazidə 4-5 metr hündürlüyündə torpaq kütləsinin Badamdar yolunu tamamilə kəsməsi müşahidə olunub.

Qeyd edək ki, həmin ərazidə 2018-ci ilin oktyabr ayında baş verən sürüşmə zamanı da RSXM-in mütəxəssisləri tərəfindən monitorinqlər aparılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: