Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ədəbi proses” kitabının altıncı cildi çap olunub
09.01.2020 09:07
  • A-
  • A
  • A+

“Ədəbi proses” kitabının altıncı cildi çap olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi proses 2018 (VI cild)” kitabı nəşr edilib. Kitabın redaksiya heyətinə AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, professor Əlizadə Əsgərli, filologiya üzrə elmlər doktorları Vaqif Yusifli (məsul redaktor), Elnarə Akimova, filologiya üzrə fəlsəfə doktorları Aygün BağırlıMehman Həsənov və Nərgiz Cabbarlı daxildir.

Altıncı cildin ilk səhifəsində akademik İsa Həbibbəylinin “Ədəbi proses hərəkatında yeni dalğa” adlı yazısı yer alıb.

Kitabda Ədəbiyyat İnstitutunun 24 əməkdaşının müxtəlif mövzularda məqalələri verilib. Məqalələrdə 2018-ci ilin ədəbi prosesi poeziya, bədii nəsr, dramaturgiya, tənqid və ədəbiyyatşünaslıq, ədəbiyyat nəzəriyyəsi, publisistika, ədəbi əlaqələr, bədii tərcümə, rusdilli Azərbaycan ədəbiyyatı, uşaq ədəbiyyatı, ədəbi gənclik istiqamətləri üzrə təhlil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: