Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Multikultural mühitin ədəbiyyata təsirindən bəhs edən kitab işıq üzü görüb
08.01.2020 15:13
  • A-
  • A
  • A+

Multikultural mühitin ədəbiyyata təsirindən bəhs edən kitab işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Elçin Mehrəliyevin "Multikultural mühit və ədəbiyyat" adlı kitabı çapdan çıxıb.

Nəşrin elmi redaktoru filologiya elmləri doktoru, professor Vüqar Əhməd, rəyçiləri filologiya elmləri doktoru Əlizadə Əsgərli və filologiya elmləri üzrə fəlsəfə doktoru Rauf Sadıxovdur.

Əsərdə "multikulturalizm" və "multikultural mühit" anlayışlarının elmi-nəzəri dərki, ümummədəni inkişaf, etnik-mədəni müxtəlifliyin əsasları, multikultural mühitin formalaşmasının başlıca səbəbləri və ədəbiyyata təsiri problemləri araşdırılır. Bundan əlavə, milli ədəbiyyatımızın klassik və müasir yaradıcılıq nümunələrində, eləcə də əcnəbi sənətkarların Azərbaycan multikultural mühitinə dair yaratdıqları əsərlərdə çoxmədəniyyətliliyin spektrləri, multikulturalizmin müasir Azərbaycan dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilməsi və s. kimi məsələlərdən bəhs olunur.

Kitab ədəbiyyatşünas alimlər, filosoflar, ali təhsil müəssisələrinin müəllim və tələbələri, magistrantlar, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: