Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanın geosistemlərində baş verən dinamik dəyişikliklər tədqiq olunur
07.01.2020 09:23
  • A-
  • A
  • A+

Azərbaycanın geosistemlərində baş verən dinamik dəyişikliklər tədqiq olunur

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Azərbaycanın geosistemlərində təbii-antropogen təsirlər nəticəsində baş verən dinamik dəyişikliklər və onların proqnozlaşdırılması problemləri” mövzusu üzrə araşdırmalar aparılır.

İnstitutun əməkdaşları tərəfindən Lənkəran geosistemlərinin landşaft-ekoloji müxtəlifliyinin dinamikası və optimallaşdırılması yolları tədqiq olunub, landşaft xəritəsi tərtib edilib. Məlum olub ki, XIX əsrin əvvəlindən indiyə kimi Cənubi Muğanın bozqır landşaftları meşə landşaftına doğru öz sərhədini 20–25 kilometrə qədər genişləndirib. Hazırda tədqiqat ərazisinin geokimyəvi xüsusiyyətləri öyrənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: