Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünaslıq İnstitutunun əməkdaşı Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təltif edilib
04.01.2020 13:43
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun əməkdaşı Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təltif edilib

Mənəvi Dəyərlərin Təbliği Fondu 2019-cu ilin yekunları ilə əlaqədar elm, təhsil, səhiyyə və mədəniyyət sahəsində fəaliyyət göstərən bir sıra şəxsləri mükafatlandırıb.

Azərbaycan ədəbiyyatında milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində səmərəli fəaliyyətinə görə Xalq şairi Ramiz Rövşən, mədəniyyət və incəsənət sahəsində dəyərlərimizin təbliği istiqamətində səmərəli fəaliyyətinə görə Xalq artisti Rasim Balayev təltif olunublar.

Təltif olunanlar arasında "Nəsimi ili" çərçivəsində İmadəddin Nəsimi irsinin araşdırılması və təbliği ilə bağlı səmərəli fəaliyyətinə görə AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva da var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: