Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Türkologiya” jurnalının 4-cü sayı işıq üzü görüb
28.12.2019 12:16
  • A-
  • A
  • A+

“Türkologiya” jurnalının 4-cü sayı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının 2019-cu ildə 4-cü sayı işıq üzü görüb.

AMEA-nın "Elm" nəşriyyatında çapdan çıxan jurnalın bu sayında ölkə başçısının Sərəncamı ilə 110 illiyi qeyd edilən akademik Məmmədağa Şirəliyev barədə yazı və böyük alimin “Dilçilik məsələləri” (Вопросы языкознания) jurnalının 1972-ci il sentyabr-oktyabr sayında dərc olunmuş “Son illərdə Azərbaycan dilçiliyinin inkişafı” adlı məqaləsi, həmçinin macar alimi İmre Paçainin “Bəzi macar coğrafi adlarının türk mənşəli olması haqqında”, rus alimləri Yevgeniya Dobija və Polina Veseluxinanın “Almaniya Federativ Respublikasının mədəni mühitində türk miqrantların özünüdərk və inteqrasiya xüsusiyyətləri” adlı araşdırmaları yer alıb.

Bundan əlavə, jurnalda “Sovet-Türk kollokviumu”nun 30 illiyinə və “Kitabi-Dədə Qorqud” dastanının yeni tapılmış 13-cü boyunun müzakirəsinə həsr olunmuş dəyirmi masanın materialları geniş əksini tapıb.

Nəşrin “Elmi həyat”, “Resenziyalar” və “Personalia” rubrikalarında isə türkologiyada əlamətdar hadisələrə dair maraqlı yazılar oxucuya təqdim olunur.

Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Hazırda jurnalın 2020-ci il sayları üçün məqalə qəbulu davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: