Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Çin “Shijian-20” eksperimental texnologiya peykini orbitə çıxarıb
28.12.2019 09:56
  • A-
  • A
  • A+

Çin “Shijian-20” eksperimental texnologiya peykini orbitə çıxarıb

Çin özünün ən böyük raketdaşıyıcısı olan “Long March-5 Y3”ün buraxılışını həyata keçirib.

Yerli vaxtla 27 dekabr saat 20:45-də (Bakı vaxtı ilə 16:45) Çinin cənubundakı Xaynan adasında yerləşən Vençan kosmodromundan buraxılan raketdaşıyıcı “Shijian-20” adlı eksperimental texnologiya peykini orbitə çıxarıb. Çəkisi 8 tondan çox olan “Shijian-20” Çinin ən ağır və ən son texnologiyaya əsaslanan kommunikasiya peykidir. Buraxılışdan 37 dəqiqə sonra peyk yer səthindən 36 min kilometr yüksəkliyə - geosinxron orbitdə planlaşdırılan nöqtəyə çatıb.

Qeyd edək ki, uzunluğu 57 metr olan “Long March-5 Y3” raketdaşıyıcısı dekabrın 21-də kosmodromdakı buraxılış yerinə şaquli formada nəql olunub. Raket Çinin kosmik fəaliyyətinin gələcəyi üçün vacib əhəmiyyətə malikdir. Belə ki, Çinin ilk Mars zondunu, habelə Aydan nümunələri Yerə gətirmək üçün “Change-5” zondunu orbitə çıxarmaq ona həvalə olunacaq. Bundan başqa, raketin modifikasiya edilmiş versiyası Çinin kosmik stansiyasının qurulmasında istifadə olunacaq.

Space.com

  • Paylaş: