Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Dekabrın 26-da bu il sonuncu Günəş tutulması müşahidə olunub
27.12.2019 09:02
  • A-
  • A
  • A+

Dekabrın 26-da bu il sonuncu Günəş tutulması müşahidə olunub

Dekabrın 26-da Ərəbistan yarımadası, Pakistan, Hindistan və Cənub-Şərqi Asiya sakinləri başa çatan ilin sonuncu Günəş tutulmasına tamaşa ediblər. Halqavari tutulma Rusiyanın Asiya hissəsinin bəzi şəhərlərində də müşahidə olunub.

Şri-Lanka, İndoneziya, Hindistan və Səudiyyə Ərəbistanında minlərlə insan bu təbiət hadisəsini görmək üçün küçələrə axışıb.

Mərkəzi Asiya ölkələrində, Uralda və Sibirdə qismən tutulma müşahidə olunub.

Halqavari tutulma zamanı Ay Günəş diskinin mərkəzini örtüb, yalnız onun kölgəsi ətrafında özünəməxsus halqa görünüb.

Növbəti tutulma 2020-ci il dekabrın 14-də baş verəcək. Bu hadisə Çili və Argentinanın cənubunda, Afrikanın cənub-qərbində və Antarktikada görünəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: