Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.12.2019 17:31
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın müxbir üzvü Qoşqar Əhmədovun xatirəsi anılıb

Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın müxbir üzvü Qoşqar Əhmədovun xatirəsi anılıb

Riyaziyyat və Mexanika İnstitutunda görkəmli alim və pedaqoq, ictimai xadim, elm və təhsil təşkilatçısı, AMEA-nın müxbir üzvü Qoşqar Əhmədovun xatirəsinə həsr olunan tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Əməkdar artisti, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Şükürov riyaziyyatçı alimin mənalı ömür yolundan, elmi-pedaqoji fəaliyyətindən danışıb.

Sonra institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək Q.Əhmədovun elmin və təhsilin inkişafındakı rolundan bəhs edib, onun differensial və inteqral tənliklər kafedrasının yaradıcısı olduğunu bildirib.

Qeyd edilib ki, Q.Əhmədov 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika-riyaziyyat fakültəsini bitirib. O, 1950-ci ildə namizədlik, 1960-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Diqqətə çatdırılıb ki, alim BDU-nun Fizika-riyaziyyat fakültəsinin dekan müavini və dekanı, Differensial və inteqral tənliklər kafedrasının müdiri vəzifələrində işləyib. 70-dən artıq elmi əsərin müəllifi olan Q.Əhmədov yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlər göstərib. Onun rəhbərliyi altında 60-dan çox namizədlik və doktorluq dissertasiyası müdafiə olunub.

Daha sonra professorlar Məmməd Bayramoğlu, Məmməd Yaqubov, Nihan Əliyev, Telman MəlikovƏkbər Əliyev və başqaları çıxış edərək Q.Əhmədovun görkəmli alim, nəcib və xeyirxah insan olduğunu vurğulayıb, onunla bağlı xatirələrini bölüşüblər.

Tədbir bədii hissə ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: