Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Möhsün Nəsirinin “Quş dili” əsəri yenidən nəşr olunub
24.12.2019 11:40
  • A-
  • A
  • A+

Möhsün Nəsirinin “Quş dili” əsəri yenidən nəşr olunub

AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin əməkdaşları tərəfindən gəncəli şair və nasir Möhsün Nəsirinin “Tutinamə”lər silsiləsinə daxil olan “Quş dili” əsəri yenidən nəşr olunub.

Kitabı nəşrə hazırlayan və “Ön  söz”ün müəllifi professor Xəlil Yusiflidir.

Cavad xanın dövründə saraya yaxınlığı ilə tanınan Möhsün Nəsirinin əldə olunan yeganə “Lisan-üt-teyr”, yəni “Quş dili” əsəri Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın sifarişi ilə qələmə alınıb. Əsər XVIII əsrdə ana dilimizdə yazılmış ilk klassik bədii nəsr nümunələrindəndir və burada şairin 130 beyt şeiri yer alıb. Əsərdə Nizami, Firdovsi, Hafiz, Sədi və digər sənətkarların şeirlərinə də rast gəlinir. "Lisan-üt-teyr"dəki hekayələrin çoxunda qadın və onun əxlaqından bəhs edilir, daxili saflıq, əxlaqi təmizlik kimi xüsusiyyətlərin insanın mənəvi keyfiyyətini müəyyən edən əsas amil olduğu bildirilir.

Əsər orta əsr Azərbaycan ədəbiyyatının tədqiqi, həmçinin Möhsün Nəsiri yaradıcılığının daha dərindən öyrənilməsi baxımınan dəyərli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: