Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA Fizika İnstitutunda rusiyalı alimlə görüş keçirilib
20.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Fizika İnstitutunda rusiyalı alimlə görüş keçirilib

AMEA Fizika İnstitutunda Moskva Dövlət Universitetinin Fizika fakültəsinin Biofizika kafedrasının professoru, həmçinin Rusiya Elmlər Akademiyası Ümumi və Qeyri-üzvü kimya, Radioelektronika institutlarının əməkdaşı Qennadiy Xomutovla görüş keçirilib. Məqsəd institutun fəaliyyəti ilə tanışlıq və elmi əməkdaşlıq əlaqələrinin yaradılması idi.

Müasir cihazlarla təchiz olunmuş elmi müəssisə və burada yaradılmış şəraitlə yaxından tanış olan qonaq gələcəkdə nanobiofizika sahəsində gənc kadrların hazırlanması istiqamətində əməkdaşlıq təklifini irəli sürüb.

Görüşdə institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov Fizika İnstitutu, Moskva Dövlət Universiteti və Radioelektronika İnstitutu ilə müqavilə imzalanacağını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: