Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ABŞ-ın Mərkəzi Florida Universiteti ilə əməkdaşlıq edəcək
20.12.2019 17:24
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ABŞ-ın Mərkəzi Florida Universiteti ilə əməkdaşlıq edəcək

ABŞ-ın Mərkəzi Florida Universitetinin Florida Günəş Enerjisi Mərkəzinin professoru Nazim Muradov AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olub.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyevlə görüşdə günəş enerjisinin çevrilməsi, hidrogen energetikasının aktual problemləri istiqamətində müzakirələr aparılıb. Müzakirələr nəticəsində hidrogenin alınması istiqamətində birgə elmi layihələrin və tədqiqatların, eləcə də hər iki təşkilat arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına dair razılıq əldə edilib.

Qeyd edək ki, görüşdə, həmçinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru Akif ƏliyevRadiasiya Problemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İslam Mustafayev də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: