Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA rəhbərliyi Moskvaya səfər edib
20.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA rəhbərliyi Moskvaya səfər edib

AMEA prezidenti, akademik Akif Əlizadə və vitse-prezident, akademik İbrahim Quliyev Rusiyanın paytaxtı Moskvada keçirilmiş XXI Dünya Neft Konqresində iştirak edib.

İclasa Rusiya Federasiyası hökumət sədrinin müavini Arkadiy Dvorkoviç rəhbərlik edib.

90 ölkədən beş min nümayəndənin qatıldığı konqresdə 50 ölkənin sənaye naziri, həmçinin “British Petroleum”, “Shell”, “Total”, “Exxon Mobil” kimi böyük neft-qaz şirkətlərinin nümayəndələri iştirak ediblər.

Konqresdə dünya energetika resurslarının hazırki vəziyyəti, neft bazarlarının inkişaf perspektivi və analizi, neftin istehsalı, saxlanılması və emalı sahəsində innovasiya texnologiyalarının tətbiqi, təbii qaz və alternativ enerji mənbələrindən istifadənin əhəmiyyəti, sənaye və ekologiyada sosial aspektlər kimi məsələlər müzakirə olunub.

Tədbir çərçivəsində, həmçinin neft-qaz sərgisi də təşkil edilib. Sərgidə dünyanın tanınmış şirkətləri, energetika və neft nazirlikləri tərəfindən zamanın çağırışlarına hazırlıq, inkişaf perspektivi, sosial məsuliyyət və ətraf mühitə qayğını özündə əks etdirən işlər nümayiş olunub.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: