Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Güney Azərbaycan folklor örnəkləri. VIII cild” kitabı çapdan çıxıb
19.12.2019 12:01
  • A-
  • A
  • A+

“Güney Azərbaycan folklor örnəkləri. VIII cild” kitabı çapdan çıxıb

AMEA-nın Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin əməkdaşları tərəfindən “Güney Azərbaycan folklor örnəkləri. VIII cild” kitabı çap olunub.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən vəsaitin layihə rəhbəri müəssisənin direktoru, akademik Muxtar İmanov, tərtibçisi şöbənin müdiri, f.ü.f.d., dosent Mətanət Abbasova, redaktoru Lalə Bədirovadır. Mətnləri şöbənin əməkdaşları - f.ü.f.d. Qiymət Məhərrəmli və Səbuhi Bədəlov transliterasiya (fars əlifbası ilə) ediblər.

Kitabda oxuculara Güney Azərbaycanda xalq arasında qorunub-saxlanan uşaq folkloru nümunələri – nazlamalar, laylalar, uşaq şeirləri, oyunlar, yanıltmaclar, tapmacalar, atalar sözü və məsəllər, inamlar və sınamalar, xalq təbabəti nümunələri, bayatılar, nağıllar, lətifələr, Təbriz sarımaları, toy adətləri və s. təqdim olunur.

Nəşr folklorşünas alimlər, ali təhsil müəssisələrinin müəllim və tələbələri, magistrantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: