Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.12.2019 09:26
  • A-
  • A
  • A+

Görkəmli ərəbşünas alim Ələsgər Məmmədovun 100 illik yubileyi qeyd edilib

Görkəmli ərəbşünas alim Ələsgər Məmmədovun 100 illik yubileyi qeyd edilib

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanda ərəbşünaslığın banisi, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Ələsgər Məmmədovun 100 illik yubileyinə həsr olunan “Şərqşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.

Tədbiri BDU-nun rektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elçin Babayev açaraq ərəbşünas alimin mənalı həyat yolu və elmi fəaliyyətindən danışıb. Bildirib ki, Ə.Məmmədov 1947-ci ildən ömrünün sonunadək taleyini bu ali təhsil ocağı ilə bağlayıb. Onun yetirmələri elm, təhsil, diplomatiya, tərcüməçilik sahələrindəki nailiyyətləri ilə ərəbşünaslıq məktəbinin möhkəm təmələ əsaslandığını sübut ediblər.

Konfransda, həmçinin AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor İmamverdi Həmidov, BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov, Ərəb filologiyası kafedrasının professoru Aida Qasımova və digərləri çıxış edərək alimin pedaqoji fəaliyyətindən, ərəbşünaslıq sahəsindəki tədqiqatlarından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Sonda alimin qızı Şərafət Məmmədova çıxış edərək ailəsi adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Konfrans çərçivəsində professor Ə.Məmmədovun həyat və yaradıcılığına həsr olunan film də nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: